HACI BAYRAM VƏLİ

bax: BAYRAMİLƏR.
HACƏT NAMAZI
HAFİZ
OBASTAN VİKİ
Hacı Bayram
Hacı Bayram (Sərdarabad)
Hacı Bektaş Vəli
Hacı Vəli Bektaşi (1209, Nişapur – 1271, Nevşəhər) — mütəssəvüf. == Fəaliyyəti == Bektaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bektaşın adı ilə bağlayırlar. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bektaşın öz ruhani silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bektaşın əsərləri qalmadığınıdan onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb dilində "Məqalət" adlı əsərin müəllifi olduğu deyilir. Amma bu kitabın orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar Bektaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduist və buddist ənənələrindən təsirlənib.
Hacı Bəktaş Vəli
Hacı Vəli Bektaşi (1209, Nişapur – 1271, Nevşəhər) — mütəssəvüf. == Fəaliyyəti == Bektaşiliyi yarıməfsanəvi türk sufisi xorasanlı Hacı Vəli Bektaşın adı ilə bağlayırlar. Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bektaşın öz ruhani silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bektaşın əsərləri qalmadığınıdan onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb dilində "Məqalət" adlı əsərin müəllifi olduğu deyilir. Amma bu kitabın orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər gəzərgi dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu, sonralar Bektaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə hinduist və buddist ənənələrindən təsirlənib.
Hacı Bayram (Sərdarabad)
Hacı Bayram — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km qərbdə, Araz çayının yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Hacı Bayram qışlağı" formasında, Qafqazın 5 verstlik xəritəsində "Hacı Bayram" kimi qeyd edilmişdir. Kənd Hacı Bayram adlı şəxs tərəfindən salınmış, ona görə də Hacı Bayram kəndi adlanmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Baxçalar, 3.VII.1968-ci il fərmanı il yenidən dəyişdirilərək Baqaran qoyulmuşdur. == Toponimi == 1728-ci ildən mə’lumdur. Mənbədə kəndin həm də Qaraqışlaq adlanması göstərilir. 1918–1919-cu illərdə ermənilər də yerləşdirilmişdir. 1935-ci ildə kənd Baxçalar, 1968-ci ildə ermənicə Baqaran adlandırılmışdır.
Hacı Bayram (Urmiya)
Hacı Bayram (fars. حاجي بايرام‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.Bu kənddə yaşayanlar kürdlərdirlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (27 ailə).
Hacı Bayram məscidi
Hacı Bayram məscidi — Ankaranın Altındağ mahalının Ulus rayonundakı tarixi məscid. Məscidin ilk memarı Memar Mehmet bəy haqqında heç bir məlumat yoxdur. Onun tikilmə tarixi təxminən hicri 831-ci il (1427-1428) kimi mənbələrdə göstərilmişdir. Uzununa düzbucaqlı formasında olan binanın divarları kərpic, damı isə kirəmitdir. == Etimologiyası == Məscid adını bağçasındakı Hacı Bayram türbəsindən almışdır. Mehrab divarına bitişik olan türbə 1429-cu ildə tikilmişdir. Məscidin bağçasında da XVIII əsr Osman Fazıl Paşa türbəsi var. == Memarlığı == Məscid ağac və kirəmit bəzəkləri üzərində taxta və qələm işi ornamentləri baxımından çox zəngin bir tikilidir. Məscidin içərisindəki meşələrdə Nakkaş Mustafa Paşaya məxsus rəsm tikmələri var. Məscidin cənub-şərq divarında iki eyvanlı minarə var.
Hacı Bektaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Hacı Bəktaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Vəli Sultan Hacı-Qasımov
Vəli Sultan Murad oğlu Hacı-Qasımov — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun kimya üzrə elmlər doktoru, professor. Vəli Sultan Murad oğlu Hacı-Qasımov 2 mart 1937-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakultəsinə daxil olmuş, sonra isə kimya fakultəsinə keçərək 1960-cı ildə “kimyaçı” ixtisası ilə universiteti bitirmişdir. V.S.Hacı-Qasımov hələ tələbə ikən AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuş və bununla da öz elmi taleyini həmişəlik bu institutla bağlamışdır. 1962-ci ildə V.S.Hacı-Qasımov SSRİ EA-nın N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun aspiranturasına daxil olmuşdur. Onun elmi rəhbəri Sovet kimya elminin patriarxı Nikolay Dmitreviç Zelinski ilə birlikdə Y.H.Məmmədəliyevin elmi rəhbəri olmuş SSRİ EA-nin akademiki Aleksey Aleksandroviç Balandin olmuşdur. “Qradientsiz sistemdə xrom oksidi üzərində tsikloheksenin dehidrogenləş-məsinin kinetikası haqqında” mövzusunda namizədlik dissertasiyasının vaxtından əvvəl müdafiə etdikdən sonra, əlavə ixtisaslaşma kursu keçdikdən sonra o yenidən NKPİ-yə qayıtmışdır. Orada ardıcıl olaraq böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, vəzifələrinə qədər yüksəlmışdir. 1985-ci ildə “Doymuş karbohidrogenlərin oksid katalizatorları üzərində dehidrogenləşməsi” mövzusunda namizədlik dissertasiyasının müdafiəsindən iki il sonra V.S.Hacı-Qasımova “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə professor elmi adı verilmişdir. Hal-hazırda V.S.Hacı-Qasımov NKPİ-da baş elmi işçi vəzifəsində çalışır.
Xalisə Hacı Bayram qızı
Xalisə Hacı Bayram qızı və ya təxəllüsü ilə Xalisə Qarı (XVIII əsr, Şəki – XVIII əsr, Şəki) — Azərbaycan şairəsi. == Həyatı == Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşma və bayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona "Qarı" (qoca, çox bilmiş) təxəllüsü vermişlər. O, özündən sonrakı nəslinə örnək olmuşdur. Bunun nəticəsidir ki, onun nəslindən Əbdüllətif əfəndi "Nuxəvi" kimi tarixçi alim yetişmişdir.
Vəli
Vəli — kişi adı. Molla Vəli Vidadi — XVIII əsr Azərbaycan şairi. Vəli Xuluflu — ədəbiyyatşünas, publisist Vəli Əliyev (tarixçi) — tarixçi Vəli Məmmədov (filoloq) — filologiya elmləri namizədi, dosent. Vəli Şahmurov Vəli İsrafilov — Azərbaycanı təmsil edən üzgüçü. Vəli Ələkbərov — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Vəli Məmmədov — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
Bayram
Bayram — milli, dini və xüsusi olaraq əhəmiyyəti olan, qeyd olunan gün və ya günlərdir. Bayramlar çox vaxt həmin bayrama xas olan xüsusi adətlər, ənənələr, bəzək əşyaları, yeməklər və fəaliyyətlərlə qeyd olunur. Bir çox bayramlar hədiyyə vermək, ziyafət təşkil etmək və ailə və dostlarla vaxt keçirməkdən ibarətdir. Ümumi bayram simvollarına Milad ağacları, Novruz səməniləri, Pasxa yumurtaları, Hellouin geyimləri və dörd iyul atəşfəşanlığı daxildir. Müxtəlif ölkələrin və mədəniyyətlərin özünəməxsus bayramları və ənənələri var. Məsələn, Meksikada insanlar ölən yaxınlarına hörmət etmək üçün "Día de los Muertos" (Ölülər Günü) bayramını qeyd edirlər. == Türk xalq mədəniyyətində bayramlar == Türk və altay xalq inancında bayram xüsusiyyəti daşıyan fərqli müqəddəs günlər tapılar. Türklərdə İslam əvvəli ümumi qəbul görmüş iki bayram vardır. Qoçaqan: Bahar gün dönümü. (Qoça və Saya) Paqtıqan: Payız gün dönümü.
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. == Daha ətraflı == Həcc– İslam dinin sütunlarından biri.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Nemətulla Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Orxan Vəli
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Purya Vəli
Pəhləvan Mahmud Xarəzmi, Purya Vəli — 1322-ci ildə vəfat etmiş sufi və məşhur pəhləvan. O qeyri-adi gücü ilə məşhur idi . Onun doğma şəhəri haqqında müxtəlif fərziyyələr vardır. Bəziləri onu Xarəzmin Ürgənc şəhərindən, bəziləri Gəncə şəhərindən və bəziləri isə Səfəvilər dövrünə aid tumar əsasında Xoy Salmas şəhərindən olduğunu iddia edirlər.
Qara Vəli
Qara Vəli - Zənguzurun kəndlərindən biri. 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.
Voldemar Vəli
Voldemar Vəli (est. Voldemar Väli; 10 yanvar 1903, Kurеssааrе, Liflyand quberniyası – 13 aprel 1997, Stokholm) — estoniyalı Yunan-Roma güləşçisi, Olimpiya çempionu. 1928-ci ildə keçirlən Yay Olimpiya Oyunlarında yarım-yüngül çəkidə qızıl medalı qazandı, 1936 Olimpiyadasında isə bürünc medalı. 1942-ci ildə İsveçə emiqrasiya etdi və orada öncə çilingər kimi işləyirdi, daha sonra isə həyat yoldaşı ilə kuklalar fabrikasını açdı.
Əl-Vəli
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Əmir Vəli
Əmir Vəli (v. 1386) — Astarabad hakimi. Əmir Vəli 1374-cü ildən 1376-cı ilədək Astarabad hakimi olmuşdu. 1386-cı ilin baharında Əmir Teymur İrana yürüş edir. Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars və İraq qoşunlarını səfərbərliyə alaraq öz ətrafında birləşdirib Teymura qarşı çıxmaq istəsə də, onun cəhdi baş tutmadı. Teymurun qoşunları Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhərə daxil oldu. Sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qoşun da məğlub oldu, lakin Əmir Teymur burada çox qalmayaraq Orta Asiyaya – Səmərqəndə qayıdır və özü ilə çoxlu sənətkarları öz paytaxtına aparır. Tarixçi Zeynəddin Qəzvini yazır: "Əmir Vəli Təbrizə çatan kimi Mahmud Xalxalinin yanına adam göndərib onu özü ilə müttəfiq etdi". Azərbaycan xalqı Əmir Teymurun hücumundan özünə gəlməmiş 1386-cı ilin qışında Qızıl Orda xanı Toxtamış 90 minlik qoşunla (Bəy Poladın sərkərdərliyi ilə) Dərbəndi keçərək Azərbaycana yürüş etdi. Şirvanşah I İbrahim Şamaxının müdafiəsini təşkil etsə də, heç bir nəticə əldə edə bilmədi.
Vəli Can
Vəli Can (d. 1580-ci ildən əvvəl - ö. 1600) — təbrizli rəssam. Osmanlı imperiyasında fəaliyyət göstərmiş və saz üslubundakı əsərləri ilə məşhurlaşmışdır. Osmanlı tarixçisi Mustafa Əlinin bildirdiyinə görə, Vəli Can Təbrizdə dünyaya gəlmiş, 1580-ci ildə İstanbula köçmüşdür. Tarixçinin bildirdiyinə görə, onun müəllimi məşhur Səfəvi rəssamı Siyavuş bəy Gürcü olmuşdur. III Muradın hakimiyyəti dövründə saz üslubu özünün çiçəklənmə dövrünü yaşamaqda idi. Vəli Can III Murad üçün tərtib edilmiş albomlarla əlaqəli sonrakı 16-cı əsrin sonlarında yaşamış rəssamların ən görkəmlisidir. O, sultan üçün çalışıb və yaratdığı albom səhifələri "az-çox spekulyativ olsa da, ona aid edilir". O, ilk növbədə fiqurlu mövzularla maraqlanırdı.
Vəli İsmayılov
Vəli Əli oğlu İsmayılov (7 may 1912, Qaraçuq, Naxçıvan rayonu – 6 aprel 1968, Naxçıvan) — 24 may 1960-cı ildə "Azərbaycan SSR Əməkdar İrriqatoru" fəxri adını vermişdir. 1961-ci il, fevral 1964-cü il Plenumlarında iştirak etmiş, kənd təsərrüfatı ilə əlaqədar seminarlarda çıxışlar etmiş, "Pambığın suvarılmasının təşkili" adlı tövsiyə xarakterli kitab yazmışdır. Batabat gölləri, Uzunoba, Nehrəm, Qahab göllərinin (su anbarları) tikintisini həyata keçirmiş, istifadəyə vermişdir. Vəli Əli oğlu İsmayılov 7 may 1912-ci ildə Naxçıvan MSSR, Naxçıvan rayonu Qaraçuq kəndində anadan olub, Qaraçuq orta məktəbini bitirdikdən sonra 1931–1935-ci illərdə Stalin adına Gəncə Su Təsərrüfatı Mühəndisləri institutunda ali təhsil alıb. 1935–1941-ci illərdə Naxçıvan Su Təsərrüfatı idarəsində hidrotexnik vəzifəisndə çalışıb. İkinci dünya müharibəsində cəbhəyə gedib və 56-cı ordunun tərkibində 66-cı atıcı divizyada xidmət edir. (iyun 1941 — may 1943) Döyüşdə yaralandığına görə ordudan kiçik leytinant olaraq tərxis olunub. 9 may 1945-ci ildə "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub. 1943–1948-ci illərdə Naxçıvan Su Təsərrüfatı idarəsində mühəndis kimi fəaliyyətini davam etmiş və 1948–1968-ci illərdə həmin idarənin rəisi vəzifəsində ömrünün sonunadək çalışmışdır. 6 aprel 1968-ci ildə Naxçıvan şəhərində vəfat edib.
Miskin Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Vəli Əbilov
Vəli Murad oğlu Əbilov (krımtat. Veli Murat oğlu Abilev, Вели Мурат огълу Абилев; 1898, Simferopol qəzası[d], Tavriya quberniyası[d] – 1945) — Krım tatar yazıçısı, müəllimi, publisist və jurnalisti. Krım Tatar Pedaqoji Kollecinin (1925-1925), M.İ.Kalinin adına Krım Xüsusi Bitkilər İnstitutunun direktoru (1933-1934). Sov.İKP(b) üzvü. Represiya qurbanı. O, 1937-ci ildə “Milli Firqə” təşkilatının üzvü kimi həbs edilib. Yeddi il xalq düşməni kimi düşərgələrdə həbs çəkib və orada vəfat edib. Vəli Əbilov 1957-ci ildə ölümündən sonra reabilitasiya olunub. == Həyatı == Vəli Əbilov 1898-ci ildə Simferopol rayonu ərazisində kəndli ailəsində anadan olub. İbtidai təhsilini müəllimi Abdulla Lətifzadə olan kənd məktəbində alıb.